16:37
13°C
Bakı
Xəbər verdiyimiz kimi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi şuranın katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
Moderator.az xəbər verir ki, qurum açıqlamasında bildirib ki, Laricani oğullarından biri Morteza Laricani, eləcə də şuranın təhlükəsizlik rəisinin müavini Əlireza Bayat və bir qrup mühafizəçisi ilə birlikdə öldürülüb.
O, bu gün keçiriləcək vida mərasimindən sonra Qum şəhərində dəfn olunacaq.
Məlum olub ki, Laricani Tehranın şimal-şərqindəki Pardis bölgəsində qızının evində ABŞ və İsrailə məxsus döyüş təyyarələri tərəfindən hədəfə alınıb.
Xarici mətbuatda onun öldürüldüyü yerin görüntüləri paylaşılıb.