Bizi sosial şəbəkələrdən izləyin:
Ağsu rayonunun Bico kəndində hər il olduğu kimi, bu il də İlaxır çərşənbəsi böyük coşqu ilə qeyd olunur.
Kəndin qadınları qovurğa hazırlayır, yun didir, nehrə çalxalayırlar, musiqiçilər isə səsləri ilə el-obaya küy salırlar.
"İlaxır çərşənbəsində evimiz başdan-sona təmizlənir, şirniyyatlar bişirilir. Çərşənbələrin hamısında qulaq falına çıxılır. Kəndin uşaqları qohumlara, qonşulara papaq atır, onların papaqlarına pay qoyulur", - deyə kənd sakinlərindən biri qeyd edib.
Başqa bir sakin isə ilaxır çərşənbədə qızlara elçi getmənin kəndin adətlərindən olduğunu söyləyib. "Bu adətlərin hər biri ulu nənələrimizdən bizə miras qalıb. Biz də onları yaşadırıq", - deyə sakin Baku TV-yə əlavə edib.