15:57
10°C
Bakı
Əməkdar artist Almaz Ələsgərova bayağı mahnı oxuyanlardan danışıb.
Müğənni "İncə səhər" proqramında bununla bağlı söhbət açıb.
O bildirib ki, bayağı mahnı oxuyanlar var-dövlət yığıb, sənəti unudub:
"Maşın, ev, villa aldılar. "Maybach" da aldılar. Amma heç nəyi dəyişmədilər. Mahnılar elə o tərzdə gedir. Mahnıda bir dəyişiklik yoxdur. Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır. İndiki mahnılar oyuncaqdır. Bir tərzə gedir. Bizim müğənnilər mahnıları toy üçün yazdırır. Bilirəm, pul qazanmaq lazımdır". (Axşam.az)