Bizi sosial şəbəkələrdən izləyin:
“Trampın əsas məqsədi Hörmüz boğazını ələ keçirmək deyil. Trampın əsas məqsədi İranın nüvə problemini kökündən məhv etməkdir”.
Moderator.az xəbər verir ki, bu fikirləri ARB24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ Hörmüz boğazı məsələsində arzusuna çata bilmədi.
“Bunun bir çox səbəbi var. İlk olaraq Avropa ölkələri Trampın dəstək cağırışına qeyri-ciddi yanaşdılar. Hətta Böyük Britaniya və Almaniya bu cağırışdan imtina etdilər. Hörmüz boğazından ən çox gəlir götürən ölkələrdən biri Çindir. Görünən odur ki, Çin burada əsas siyasətini gizlədir. “- deyə Cavnşir Feyziyev bildirib.
Daha ətraflı videoda: