Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirilib - VİDEO
192
10:28, Bu gün

Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirilib - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki Xüsusi Nümayəndəliklərinin dəstəyi ilə "Böyük Qayıdış"ın ruhunu əks etdirən növbəti fləşmob keçirilib.
 
Bu barədə Moderator.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdikcə, illərdir vətən həsrəti ilə yaşayan sakinlərin öz doğma yurdlarına qayıdışı böyük tarixi hadisəyə çevrilir.
 
Qarabağ və Şərqi Zəngəzuru əhatə edən bu aksiya çərçivəsində öz evlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər yaşadıqları qürur və sevinc hisslərini çatdırıblar. Videoda Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlə yeni həyatın başlanğıcını tərənnüm edən sloqanlar səsləndiriblər.
 
Fləşmobda müxtəlif nəsillərin nümayəndələri iştirak edib. Otuz illik ayrılıqdan sonra torpağına qovuşan ağsaqqalların duaları, gənclərin quruculuq əzmi və uşaqların doğma həyətlərdəki şən gülüşləri videonun əsas süjet xəttini təşkil edir. Doğma yurda qayıdan sakinlər səsləndirdikləri sloqanlarla yalnız bir fərdin deyil, bütöv bir xalqın qayıdış iradəsini ifadə ediblər:
Link kopyalandı!
Son xəbərlər