Müharibədə gözlənilməz gedişat - VİDEO
414
08:15, Bu gün

Müharibədə gözlənilməz gedişat - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında üçüncü həftəsinə keçid edən İran-İsrail-ABŞ qarşıdurması analiz edilib.
 
Bildirilib ki, İran-İsrail-ABŞ qarşıdurmasının müasir müharibə kontekstində təhlilində bir neçə mühüm fərq üzə çıxıb. İlk günlərdə sürətli və şok effektli hücumlar əsas idisə, hazırda müharibə uzunmüddətli raket və hava müdafiə müharibəsinə çevrilib. Hücumların məqsədi də dəyişib: əvvəlcə İranın ali lider heyətini və raket infrastrukturunu məhv etmək, indi isə İranın ballistik raket hücumlarına qarşı müdafiə tədbirləri önə çıxır.
 
İsrail və ABŞ "Patriot PAC-3" və "Arrow-3" kimi Hava Müdafiə sistemləri istifadə edərək İran raketlərini qarşılayır. Raket və müdafiə sistemləri arasındakı yarış daha da kəskinləşib. İlk günlərdə daha çox ortamənzilli raketlər və dronlar istifadə olunurdusa, indi isə hipersəs silahları da meydana çıxıb. Həmçinin hücumların tempi azalıb, zərbələr daha selektiv və taktiki xarakter alıb.
 
Müharibənin perspektivi də dəyişib, artıq döyüş meydanı ilə yanaşı, hərbi sənaye və texnoloji imkanlar da qarşıdurmanın taleyini müəyyən edir.
Link kopyalandı!
Son xəbərlər