Bizi sosial şəbəkələrdən izləyin:
Tehranın şəhərətrafı ərazisinə endirilən zərbə nəticəsində Mehrabad beynəlxalq hava limanının ərazisində təyyarə yanıb.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, bir neçə intensiv zərbədən sonra təyyarəni alov bürüyüb.
"AviaNews"un məlumatına görə, zərbəni İsrail ordusu həyata keçirib.
Məlumata görə, 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi Hərbi Hava Qüvvələri üçün 12 ədəd işlənmiş "Boeing" alıb və bu təyyarə də onlardan biri olub.