Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı - VİDEO
757
13 Mar 2026 | 14:03

Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı - VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupu məlumat yayıb.
 
Bildirilib ki, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7 750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.
 
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
 
Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3000 manat olan müxtəlif növ məişət əşyalarını, o cümlədən antik əşyaları oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər