Bizi sosial şəbəkələrdən izləyin:
Dubay Beynəlxalq Hava Limanı ərazisinə iki PUA (pilotsuz uçuş aparatı - dron) düşüb və nəticədə dörd nəfər xəsarət alıb.
Bu barədə Dubay hökumətinin mətbuat xidməti öz "X" hesabında məlumat verib.
Məlumata görə, dörd nəfərdən iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı yüngül, bir Hindistan vətəndaşı isə orta dərəcəli xəsarət alıb.
Hakimiyyət orqanları, həmçinin hava nəqliyyatının adi rejimdə fəaliyyət göstərdiyini qeyd ediblər.
Bildirək ki, Dubay Hava Limanında son günlərdə bölgədəki gərginlik və döyüşlər fonunda xüsusilə yüksək sərnişin axını müşahidə olunur və sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülərdə izdiham əks olunub.