Qəzada ölən şəxsin kimliyi müəyyən edildi - VİDEO - YENİLƏNİB
471
13:35, Bu gün

Qəzada ölən şəxsin kimliyi müəyyən edildi - VİDEO - YENİLƏNİB

Xızı rayonunda yol qəzasında ölən şəxsin kimliyi müəyyən edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
 
Polisin müraciətindən sonra mərhumun ailə üzvü əlaqə saxlayaraq onun şəxsiyyətini təsdiqləyib.
 
11:06
 
Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında olan kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.
 
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, (+994) 55-210-73-73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər.

Link kopyalandı!
Son xəbərlər