432
15:56, Bu gün

"Cavanlaşan Xamenei" İranı hara aparacaq? - VİDEO

"Ayətullah Əli Xameneinin ABŞ və İsrailin İrana hücumu nəticəsində həlak olmasından on gün sonra onun oğlu Müctəba Xamenei ölkənin sayca üçüncü ali rəhbəri seçildi. Dünən gün ərzində ölkənin aparıcı qurumları, o cümlədən İnqilab Keşikçiləri Korpusu (SEPAH), ordu, Kəşfiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, eləcə də bir çox tanınmış dini və siyasi şəxsiyyətlər ona beyət etdikləri barədə bəyanatlar yaydılar, əhali paytaxt Tehranda və bir sıra digər şəhərlərdə məscidlərə və meydanlara toplaşaraq, yeni rəhbərin seçilməsini alqışladı".
 
Moderator.az-ın xəbərinə görə, "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə Müctəba Xameneinin ölkəni inkişafa, ya süquta aparacağı sual olunur.
 
"Beləliklə, iki gün əvvəl Qum şəhərinin imam-cüməsi Ayətullah Səidinin söylədiyi kimi, "Allahu Əkbər, Xamenei rəhbər" şüarı dəyişməz qaldı. Amma dünənki mitinq və yığıncaqlarda bu köhnə şüarla yanaşı, yeni bir şüar da səslənirdi: "Tanrının əli əyan oldu, Xamenei cavan oldu". Bu şüar hakimiyyətdəki varisliyə işarə etməklə bərabər, üstüörtülü şəkildə olsa da, əhalinin yeniləşmə və dəyişiklik istəyini ifadə edir. Bu istək hətta hazırda İran hakimiyyətində ən önəmli fiqurlardan biri olan Əli Laricaninin "X" platformasındakı paylaşımında da öz əksini tapıb: "Arzu edirik ki, ayətullah Müctəba Xameneinin rəhbərliyi dövründə İran inkişaf yoluna qədəm qoysun". İndi əsas sual budur ki, "cavanlaşan Xamenei" İranı hara aparacaq: yumşalma və inkişafa, yoxsa sərtləşmə və daha dərin böhrana?", - deyə materialda bildirilir.
 
Daha ətraflı videosüjetdə:
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Link kopyalandı!
Son xəbərlər