Yük maşınları günlərdir İranla sərhəddə qalıb: Sürücülərdən ŞİKAYƏT - VİDEO
910
09 Mar 2026 | 08:35

Yük maşınları günlərdir İranla sərhəddə qalıb: Sürücülərdən ŞİKAYƏT - VİDEO

Naxçıvan-Bakı və əks istiqamətdə yükdaşıma fəaliyyəti ilə məşğul olan yük maşını sürücüləri Naxçıvanda etiraz ediblər. Onlar 10 gündən artıqdır sürücü yoldaşlarının İran ərazisində qaldığını və ailələrinin narahat olduğunu bildirirlər. Olduqları ərazidə isə pullarının bitdiyini, hətta ərzaq belə ala bilmədiklərini bildirən sürücülər müvafiq qurumlardan dəstək gözləyirlər.
 
Etiraz edən sürücülərdən biri vəziyyəti Baku TV-yə belə təsvir edib:
 
"Burada 10-12 günlə yatan uşaqlar var. Hamının ailəsi narahatdır. Biz xahiş edirik ki, dövlətimiz köməklik etsin, sürücülər oradan çıxsın. Onların nə günahı var?"
 
Digər bir sürücü isə yaranmış çətinlikləri bu sözlərlə ifadə edib:
 
"Heç yerdən bizə giriş-çıxış yoxdur. Maşınlarımız İranda qalıblar, buraxmırlar. Yəni çox pis vəziyyət alınıb. Sürücülərmiz neçə gündür qalıb orada, cibinin pulu, yemək-içməkləri yoxdur. Yanacaq vermirlər. Biz xahiş edirik ki, bizə köməklik göstərsinlər".

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər