Rusiyanın məşhur aktrisası qızı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO/VİDEO
318
16:00, Bu gün

Rusiyanın məşhur aktrisası qızı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO/VİDEO

"Sklifosovski", "Saşa-Tanya", "Univer" və digər teleseriallardakı rolları ilə tanınan teatr və kino aktrisası Yekaterina Vedunova martın 4-də avtomobil qəzasında həlak olub.
 
Bu barədə TASS-a ailənin dostu Marianna Poryadko məlumat verib. Bildirilib ki, məşhur aktrisanın qızı da nəqliyyat hadisəsində həyatını itirib.
 
"Bəli, onlar ölüblər. Bu, 4 mart gecəsi Zubovo-Polyanski rayonunda baş verib. Onlar sürücü ilə birlikdə Moskvaya gedirdilər. Sürücü idarəetməni itirib, avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub", - deyə ailə dostu bildirib.
 

 

Xatırladaq ki, Marianna Vedunova 9 iyul 1980-ci ildə anadan olub. 2004-cü ildə Sobinov adına Saratov Dövlət Konservatoriyasının Teatr şöbəsini bitirib. Teatrlarda 10-dan çox rolda oynayıb. Lakin aktrisa "Sklifosovski", "Saşa-Tanya", "Möhtəşəm beşlik", "Univer" və "Çernobıl" televiziya seriallarındakı rolları ilə daha çox tanınıb. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər