İrana qarşı hərbi əməliyyatlar
221
14:18, Bu gün

İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi - VİDEO

Ağ Ev ABŞ-nin İrana qarşı apardığı "Epik Qəzəb" adlı hərbi əməliyyatının videosunu "GTA: San Andreas" kompüter oyunu üslubunda montaj edib.
 
Oxu.Az məlumatına görə, video prezident administrasiyasının "X" səhifəsində yayımlanıb.
 
Videoda oyundan hissələrlə hərbi əməliyyatların ağ-qara görüntüləri birləşdirilib.
 
"İranın raket arsenalını məhv edin. Onların donanmasını məhv edin. Onların nüvə silahı əldə etmələrinə imkan verməyin. Bağlandı", - deyə paylaşımda qeyd olunub.
 
Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq, administrasiyanın paylaşımına cavab verib. O, "GTA: San Andreas" oyunundan "PlayStation" kontrolleri üçün sonsuz sursatın əldə edilməsi üçün "cheat code" (fırıldaqçı kod) yayımlayıb.
Link kopyalandı!
Son xəbərlər