İsrail Tehrana genişmiqyaslı HAVA ZƏRBƏLƏRİ ENDİRİR - Döyüş təyyarələri, partlayış səsləri - VİDEO
472
09:10, Bu gün

İsrail Tehrana genişmiqyaslı HAVA ZƏRBƏLƏRİ ENDİRİR - Döyüş təyyarələri, partlayış səsləri - VİDEO

İsrail ordusu Tehrana genişmiqyaslı hava zərbələri endirməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı informasiya yayıb.
 
Məlumata görə, İran paytaxtında döyüş təyyarələrinin səsləri və partlayışlar aydın eşidilir.
 
İranın "Tasnim" agentliyi də İsrail və ABŞ qırıcılarının uçuşları, şəhərin bəzi rayonlarında partlayışlar barədə xəbər verib.

 

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Link kopyalandı!
Son xəbərlər