Bizi sosial şəbəkələrdən izləyin:
"Necə olmalıdır?" rubrikasında bu dəfə 28 May küçəsində yol hərəkətinin təşkilində yaranan problemlərə diqqət çəkilib.
Bildirilib ki, sözügedən küçədə "Yol hərəkəti haqqında" Qanunun tələbi ciddi şəkildə pozulub. Belə ki, Yusif Səfərov küçəsindən başlayaraq sol zolaq istənilən halda düz getməyə icazə verir. Lakin Puşkin küçəsi ilə kəsişmədə işlər dəyişir və sol zolaq ancaq sola dönməyi əmr edir.
Qeyd edilib ki, əvvəldə məlumatverici nişanların olmaması, yerdəki üfüqi nişanlanma xəttinin üç yox, iki dəfə təkrarlanması sürücüləri qayda pozmağa məcbur edir.
Həmçinin vurğulanıb ki, sarı tor olan və ya olmayan hər hansı kəsişmə işıqforla tənzimlənirsə, işıqforda vaxtölçənin olması sürücüləri 100 manat üç bal cərimədən xilas edə bilər.