Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Mərkəzi Komandanlığı İrana endirilən zərbələrin yeni videosunu yayımlayıb.
Moderator.az xəbər verir ki, görüntülər komandanlığın "X" hesabında yerləşdirilib.
"İran rejiminin mobil raket buraxılış qurğularının məhv edilməsi üçün əməliyyatlar davam edir. Biz bu təhdidləri dəqiqliklə aşkarlayırıq və məhv edirik" - deyə, komandanlığın paylaşımında qeyd edilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.