Rejim dəyişikliyi, yoxsa İranın dözümlülük testi? - VİDEO
217
08:40, Bu gün

Rejim dəyişikliyi, yoxsa İranın dözümlülük testi? - VİDEO

Yaxın Şərqdə müharibə artıq yalnız ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı deyil.
 
Proses sürətlə regional qarşıdurmaya çevrilir və haqlı olaraq ağıllara belə bir sual gəlir: bu, rejim dəyişikliyi üçün aparılan müharibədir, yoxsa İranın dözümlülük səviyyəsini ölçən savaş?
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
 
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın açıqladığı rəqəmlər müharibənin miqyasını göstərir.
 
"Epik Qəzəb" əməliyyatı çərçivəsində İran ərazisində 2 000-dən çox hədəfə zərbə endirilib. İran isə cavab olaraq yüzlərlə ballistik raket və minlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Vaşinqtonun əsas məqsədi İranın raket və nüvə infrastrukturunu məhv etmək, Tehranın əsas prioriteti isə sağ qalmaqdır.
Link kopyalandı!
Son xəbərlər