ABŞ İrandakı əməliyyatlara milyardlarla dollar xərcləyib - VİDEO
214
13:20, Bu gün

ABŞ İrandakı əməliyyatlara milyardlarla dollar xərcləyib - VİDEO

ABŞ İrandakı əməliyyata üç gün ərzində iki milyard dollardan çox pul xərcləyib.
 
Moderator.az bildirir ki, Oxu.az bu barədə hərbi xərcləri real vaxt rejimində izləyən veb-saytın məlumatlarına istinadən xəbər verir.
 
Saytda qeyd olunub ki, hesablamalara şəxsi heyətin, gəmilərin, təyyarələrin və əlaqəli hərbi infrastrukturun saxlanılması xərcləri daxildir.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər