Bizi sosial şəbəkələrdən izləyin:
İran-Əfqanıstan sərhəd-keçid məntəqələrinin birində çəkilən video geniş müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Teleqram" kanalı məlumat yayıb.
Görüntülərdə tibbi maskalar taxmış, əllərində İran pasportları olan kişilərin nizamlı şəkildə sərhədi keçdiyi əks olunur. Kadrların gündüz saatlarında çəkildiyi və növbədə dayanan şəxslərin hamısının kişi olduğu görünür.
Sosial media istifadəçilərinin bir qismi həmin şəxslərin SEPAH muzdluları olduğunu və ölkəni tərk etdiklərini bildirib.
Bəzi istifadəçilər isə muzdluların ölkədən kütləvi şəkildə qaçmasına cavab olaraq yazıblar:
"Milliyyətinizdən, hansı ölkədə olmağınızdan asılı olmayaraq, hamınız mühakimə olunacaqsınız!"