Normadan artıq yüklənmənin səbəb olduğu qəzaların ANBAAN GÖRÜNTÜLƏRi
253
10:17, Bu gün

Normadan artıq yüklənmənin səbəb olduğu qəzaların ANBAAN GÖRÜNTÜLƏRi

Ümumi istifadədə olan avtomobil yollarının qorunması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən müasir elektron tərəzilər quraşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
 
Bildirilib ki, elektron ölçmə sistemləri vasitəsilə normativləri pozan nəqliyyat vasitələri operativ şəkildə aşkar olunur və qanunvericiliyə uyğun olaraq aidiyyəti qurum tərəfindən inzibati tədbirlər görülür. Bu mexanizm avtomobil yollarının yol örtüyünün qorunmasına, infrastrukturun dayanıqlığının təmin edilməsinə və dövlət vəsaiti hesabına inşa olunan yolların uzunömürlülüyünə xidmət edir.
 
Bununla belə, bəzi sürücülər tərəfindən qanunazid hərəkətlərə yol verilməsi halları müşahidə olunur. Ayrı-ayrı sürücülər yanlış olaraq hesab edirlər ki, elektron tərəzilərin quraşdırıldığı ərazidə sağ kənar zolaqla və ya mühafizə çəpərinə yaxın məsafədən hərəkət etməklə sistemin ölçməsindən yayınmaq mümkündür. Nəticədə belə düşünülməmiş və təhlükəli manevrlər ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə, həm sürücülərin öz həyat və sağlamlığına, həm də yol infrastrukturuna ciddi ziyan vurulmasına səbəb olur.
 
"Bildiririk ki, ərazidə quraşdırılmış müasir ölçmə avadanlıqları nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini hərəkət trayektoriyasından asılı olmayaraq yüksək dəqiqliklə müəyyən edir. Elektron sistemlərdən yayınmaq cəhdləri nəticəni dəyişmir.
 
AAYDA bir daha sürücüləri mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Çəki normalarını pozan nəqliyyat vasitələri istənilən halda aşkar edilir və qanunu pozan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar.
 
Yol hərəkəti qaydalarına riayət olunması həm şəxsi təhlükəsizliyin, həm də dövlət infrastrukturunun qorunmasının əsas şərtidir", - deyə məlumatda qeyd edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər