Sumqayıtda toyuq fermasından gələn qoxu sakinləri bezdirdi - VİDEO
232
08:44, Bu gün

Sumqayıtda toyuq fermasından gələn qoxu sakinləri bezdirdi - VİDEO

Sumqayıt şəhəri, Çerkasi küçəsi, 76-cı məhəllədə yaşayan sakinlər Baku TV-yə bildiriblər ki, yaxınlıqda yerləşən toyuq fermasından yayılan kəskin qoxu onların normal həyat şəraitini pozur.
 
Mövcud vəziyyətdən narazı qalan sakinlərdən biri problemi belə təsvir edib:
 
"Çox böyük sexdir, həddindən artıq pis qoxu gəlir. Elə bilirsən, hansısa murdar olmuş heyvan yandırılır".
 
Sakinlərin şikayəti "Murad Aqro" müəssisəsi ilə bağlıdır. Onların sözlərinə görə, yayılan kəskin üfunət qoxusu ərazidə rahat yaşamağa imkan vermir.
 
İddialara münasibət bildirən müəssisənin rəhbəri Maqsud Əlizadə isə məsələyə fərqli mövqedən yanaşıb:
 
"Bizim müəssisə sənaye zonasında yerləşir. Ətrafda olanlar isə fərdi yaşayış evləridir. Həmin evlərin əksəriyyətinin sənədləri yoxdur, yəni bir qismi qanunsuz tikilidir. Bu səbəbdən mən onların tələbi ilə müəssisəni "nə vaxtsa bağla, nə vaxtsa aç" prinsipi ilə idarə edə bilmərəm".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər