Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
233
08:19, Bu gün

Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO

Bir düymə ilə avtomobilin nömrəsini gizlədir. Qiyməti isə 400 manatdan başlayır.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.
 
Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüquqi məsuliyyət yaradır.
 
Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.
 
Vəkillər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər