Belçika
133
16:32, Bu gün

Belçika "kölgə donanması"na aid tankeri ələ keçirib - VİDEO

Belçika Silahlı Qüvvələri Fransa hərbçilərinin dəstəyi ilə "kölgə donanması"na aid olduğu ehtimal edilən neft tankerini ələ keçiriblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində yazıb.
 
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron da əməliyyatın keçirilməsi ilə bağlı videogörüntülər paylaşıb.
 

Əməliyyat gəminin müsadirə olunması ilə başa çatıb və həmin gəmi Zebrügge limanına müşayiət olunub.
 
Qərb ölkələri hesab edirlər ki, "kölgə donanması"nın gəmiləri Rusiya tərəfindən neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın sanksiyalardan yan keçməklə daşınması üçün istifadə olunur.
 
Link kopyalandı!
Son xəbərlər