Faciə şahidi yaşadıqları dəhşəti danışdı:
93
14:49, Bu gün

Faciə şahidi yaşadıqları dəhşəti danışdı: "Üzümə gülümsəyirdi, ölməmişdi" - VİDEO

Bu gün Xocalı soyqırımından 34 il ötür. Faciədə ailə üzvlərini itirən Vərziyar Əliyeva yaşadığı dəhşətləri Baku TV-yə danışıb.
 
O, həmin günləri belə xatırlayır:
 
"Gecə saatlarında bir qadın qışqırdı ki, Xocalını qırırlar. Xocalıya heç vaxt o qədər qar yağmamışdı. Millət əliyalın küçələrə tökülüşdü. Bilmirdik hara gedək".
 
Hadisə şahidi faciə zamanı atasını, ardınca həyat yoldaşını itirdiyini söyləyib:
 
"Birinci atamın meyitini gətirdilər. Sonra dedilər ki, yoldaşım Əbülfət yaralıdır, xəstəxanadadır. Atamı qoyub yoldaşımın yanına qaçdım. Bir tanışımızı ağlaya-ağlaya pilləkəndən düşəndə gördüm. Onda bildim ki, Əbülfət ölüb. Mən çatanda hələ əli isti idi. Elə bil üzünə nur gəlmişdi, sanki üzümə gülümsəyirdi, ölməmişdi".
 
Vərziyar Əliyeva bacısının iki övladının hələ də itkin olduğunu bildirib:
 
"Bacımın üç oğlu var idi, ikisi hələ də itkindir. Balaca oğlu Mehdinin o vaxt üç yaşı var idi. Kolun kənarında ağlayanda ermənilər onu eşidib tövləyə, girovların yanına gətirdilər. Babası da həmin tövlədə idi".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər