Bizi sosial şəbəkələrdən izləyin:
Novxanı qəbiristanlığı digərlərindən fərqlənir. Buradakı məzar daşlarının üzərində mərhumların sağlığında məşğul olduğu peşəyə aid heykəllər və təsvirlər var.
Kənd ağsaqqalı Nuhbala Ağayev məsələ ilə bağlı Baku TV-yə bunları deyib:
"Sadəcə burada deyil. Bütün bu kəndlərdə, hər yerdə sinə daşlarının üstündə hər kəs sağlığında nə ilə məşğul olubsa, onu imkan daxilində camaata çatdırıblar. Məsələn, burada tikiş maşını var, deməli, bu adam dərzi olub".
Bununla yanaşı, qəbiristanlıqda tarixi 1300-cü illərə dayanan qəbirlər, türbələr və sərdabələr də var.