Bizi sosial şəbəkələrdən izləyin:
İmişlidə bir qrup şəxsin qanunsuz balıq ovu ilə məşğul olduğu iddia edilir.
Moderator.az Oxu.az-a istinadla xəbər verir, ərazidə çəkilən görüntülərdə su hövzəsində balıq ovu üçün istifadəsi qadağan olunmuş sintetik torların qurulduğu qeyd edilir.
Həmçinin iddia olunub ki, ərazidə balıqlar elektrik cərəyanı verilərək ovlanır.
Qeyd edək ki, elektrik cərəyanı su hövzəsində təkcə balıqları yox, bütün canlıları məhv edir.
Məsələ ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırılıb müvafiq tədbirlər görüləcək:
"Əraziyə artıq əməkdaşlar cəlb olunublar və məsələ nəzarətə götürülüb".
Xatırladaq ki, bundan əvvəl 2018-ci ildə İmişlidə qanunsuz balıq ovu məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.