Trampdan Ronalduya müraciət:
257
20:59, Bu gün

Trampdan Ronalduya müraciət: "Sən ABŞ-yə lazımsan" - VİDEO

ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının lideri Kriştianu Ronalduya videomüraciət edib və onu "ən böyük" adlandırıb, həmçinin mümkün qədər tez ABŞ-yə gəlməsinə çağırış edib.
 
Bu barədə Tramp özünün "TikTok" səhifəsində paylaşım edib.
 
"Sən bizə ABŞ-də lazımsan", - deyə ABŞ prezidenti qeyd edib.
 
O, futbolçunun Ağ Evdə süni intellekt tərəfindən yaradılan videosunu da paylaşıma əlavə edib.
 
Qeyd edək ki, Ronaldu noyabrın 19-da Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun ölkəyə səfəri şərəfinə Donald Tramp tərəfindən təşkil edilən dəbdəbəli şam yeməyində iştirak etmişdi.
 
Futbolçu hazırda Səudiyyə Ərəbistanında "Ən-Nəsr"də oynayır. /oxu.az/

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər