Dilarədən emosional klip - VİDEO
284
15:50, Bu gün

Dilarədən emosional klip - VİDEO

Məşhur müğənni Dilarə Kazımova yeni layihəsini təqdim edib.
 
Moderator.az xəbər verir ki, sənətçi sözləri özünə və Nigar Məmmədovaya, musiqisi isə Fərid Mayılov, Camal Qurbanov və D.Kazımovaya məxsus "Gecə" trekini ekranlaşdırıb.
 
Klipin rejissorluğunu estrada ulduzu özü edib. 
 
Dilarə Kazımova mahnını duyğusal və qəlbin ən gizli etiraflarını pıçıldayan bir əsər kimi təqdim etdiyini açıqlayıb:
 
""Gecə" - susqunluğun danışdığı, duyğusal, qəlbin ən gizli etiraflarını pıçıldadığı bir mahnıdır; o səsləndikcə insan həm özünü tapır, həm də itirdiklərini xatırlayır".
 
Qeyd edək ki, aranjemanı Dilarə Kazımova və Camal Qurbanova aid olan "Gecə" artıq müğənninin rəsmi "YouTube” kanalında və bütün musiqi platformalarında yayımlanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər