Bakının mərkəzində boru PARTLADI - Yolu su BASDI - VİDEO
276
13:15, Bu gün

Bakının mərkəzində boru PARTLADI - Yolu su BASDI - VİDEO

Paytaxtın Mikayıl Əliyev küçəsində su xəttində baş verən qəza nəticəsində yolun bir hissəsi suyun altında qalıb. 

Moderator.az xəbər verir ki, bu barədə Operativ media məlumat yayıb. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da baş verib.

"Xətai rayonu, Babək prospektindən keçən diametri 1400 mm olan içməli su xəttində qəza baş verib. Əraziyə Bakı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Axıntının qarşısı alınaraq xətdə təmir və bərpa işlərinə başlanılıb. Qəza nəticəsində yığılan sular tullantı su xətlərinə istiqamətləndirilib, hazırda suyun həcmi olduqca azalıb", - qurumdan bildirilib.

Link kopyalandı!
Son xəbərlər