329
12:00, Bu gün

"Qarabağ"ın darmadağın olduğu matçda Toral nəyə GÜLÜRDÜ? - VİDEO

"Qarabağ"ın futbolçusu Toral Bayramov sosial şəbəkələrdə yayılan görüntülərə görə tənqid hədəfinə çevrilib.

İddialara görə, matçın ilk hissəsinin sonunda komandanın qapısına penalti təyin olunan anda Bayramov və yanında əyləşən bir şəxsin gülümsəməsi televiziya kameralarına düşüb. Həmin epizod qısa zamanda sosial platformalarda yayılıb və müxtəlif reaksiyalara səbəb olub.

Azarkeşlərin bir qismi bu davranışı peşəkarlığa uyğun saymadıqlarını bildirərək, klub rəhbərliyindən məsələyə münasibət açıqlanmasını və tədbir görülməsini tələb ediblər. Paylaşımlarda qeyd olunur ki, stadionda minlərlə azarkeş və ekran başında milyonlarla tamaşaçı gərgin anlar yaşayarkən futbolçunun bu cür reaksiyası birmənalı qarşılanmayıb.

Digər tərəfdən, bəzi istifadəçilər görüntünün kontekstdən çıxarılmış ola biləcəyini, futbolçunun konkret nəyə reaksiya verdiyinin aydın olmadığını vurğulayaraq emosional qərarlardan qaçmağa çağırıblar.

Müzakirələrə səbəb olan digər məqam isə ikinci hissədə Toral Bayramovun nə meydanda, nə də ehtiyat oyunçular skamyasında görünməməsi ilə bağlı iddialardır.

Sosial şəbəkələrdə isə müzakirələr davam edir.

Milli.az

Link kopyalandı!
Son xəbərlər