Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
307
11:53, Bu gün

Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO

2 manatdan 15 manatdək müxtəlif qiymətlər... Restoranda poverbanka görə əlavə ödəniş tələb edilir...
 
Moderator.az Xəzər" TV-yə istinadən xəbər verir ki, son zamanlar bu kimi hallar bir çox şəxsin başına gəlib. Müxtəlif məkanlarda telefona enerji doldurmaq üçün istifadə edilən poverbanklara görə müştərilərdən əlavə ödəniş alınır. Bu xidmətin ödənişli olması ilə bağlı isə menyuda hər hansı məlumat olmur. Elə bu hadisə ilə qarşılaşan müsahimiz də baş verənləri təsdiq etdi.
 
Ekspertlər deyirlər ki, restoranların öz daxili qaydaları ola bilər. Lakin, bu kimi hallarla bağlı müştəri məlumatlandırılmalıdır.
 
Ekspert onu da qeyd edib ki, restoranlar bu qaydalara əməl etməsələr, müştəri şikayəti əsasında onların barəsində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülə bilər.
Link kopyalandı!
Son xəbərlər