4 ildir əlilliyə görə aldığı müavinəti bərpa etdirə bilmir - VİDEO
253
11:10, Bu gün

4 ildir əlilliyə görə aldığı müavinəti bərpa etdirə bilmir - VİDEO

4 il əvvəl dayandırılan müavinəti bərpa etdirə bilmir.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Göygöldə yaşayan 41 yaşlı Pirxan Bağrova 2019-cu ildə eşitmə qabiliyyətini itirdikdən sonra 3-cü qrup əlillik təyin olunub. 3 il sonra isə onun əlilliyə görə aldiöi müavinətt dayandırılıb və təkrar müayinələrə cəlb olunub. Əlillik təyinatı ilə bağlı müraciətinə imtina verilən şəxs həmin vaxt məhkəməyə müraciət edib. Proses yekunlaşmadığından ötən il yenidən müayinəyə cəlb olunub.
 
Şikayətçi deyir ki, son müyainələr zamanı ona hər iki qulağın 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə diaqnozu qoyulub. Ancaq bundan sonra da əlilliyin bərpası məsələsi həllini tapmayıb.
 
Məsələ ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən isə bildirildi ki, Pirxan Bağırova artıq əlillik təyin olunub.
 
Yaxın günlərdə müvafiq prosedurlardan sonra müvinət vətəndaşın hesabına köçürüləcək.
Link kopyalandı!
Son xəbərlər