Şıx çimərliyində
186
10:15, Bu gün

Şıx çimərliyində "qış üzgüçülüyü": Soyuq havaya meydan oxuyanlar - VİDEO

Bakının Şıx çimərliyi ərazisində bir müddətdir, sakinlər maraqlı hadisəyə şahidlik edirlər. Qış fəslinə və havanın soyuq olmasına baxmayaraq, dörd nəfər vaxtaşırı buraya gələrək dənizdə çimir.
 
Havanın şaxtalı olmasına rəğmən, bu şəxslər üçün soyuq suda üzmək gündəlik normaya çevrilib.
 
"Üzgüçülər" Oxu.az-a bildirirlər ki, qış mövsümündə dənizə girmək immuniteti möhkəmləndirir, insana gümrahlıq və enerji bəxş edir, soyuq su prosedurları onların həm fiziki sağlamlığına, həm də psixoloji dözümünə yaxşı təsir göstərir:
 
"Ən vacib məqam bədəni buna yavaş-yavaş öyrəşdirməkdir. Hazırlıqsız halda soyuq suya daxil olmaq riskli ola bilər".
 
Marafonçu və paraatlet Elşən Quliyev isə bu həyat tərzinə 133 kq çəkiyə malik olduğu, şəkərli diabetdən əziyyət çəkdiyi və ağır infarkt keçirdiyi dövrdən sonra başladığını bildirib:
 
"Şaxtalı havada idman edərək 48 yaşımda çempionluq qazanmışam. Həkimlər infarkt səbəbi ilə məni əməliyyata almaq istəyərkən xəstəxanadan qaçmışam. Bütün məsuliyyəti öz üzərimə götürdüm və sağlam həyat tərzi sayəsində xilas oldum. Bir vaxtlar pulum çox idi. Amma məni pul yox, idman sağaltdı".
 
Müsahiblərimiz son dövrlərdə qış fəslində dənizdə çimənlərin sayının artdığını müşahidə etdiklərini də söyləyirlər. Bəzi insanlar bunu sağlam yaşamaq üçün vasitə, digərləri isə ekstremal bir məşğuliyyət kimi qəbul edirlər.
Link kopyalandı!
Son xəbərlər