"Avroviziya 2011" qalibi Nigar Camal "Rəngarəng" verilişindəki açıqlamaları ilə gündəmə gəlib.
Sənətçi proqram boyunca yenidən uzun müddət qalmaqal yaşadığı müğənni Şəbnəm Tovuzluya söz atıb. Nigar onun "Avropanın paytaxtı Amerikadır" sözlərini yenidən ələ salıb.
Nigar daha sonra Avropada 43 ölkə var (Avropada 64 ölkə var. Onlardan 27-si Avropa İttifaqına daxildir - red.) deyərək özü səhv edib.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə il əvvəl qonaq olduğu proqramda ona ünvanlanan "Avropada dörd ölkə adı denən" sualına "Bu yaxınlarda Dubaya getmişdik. Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya Avropaya aiddir. Biz Amerikanı - paytaxtı tanıyırıq da" cavabını verib. Nigar dəfələrlə onun bu sözlərini ələ salıb. (Axşam.az)