Bakıda qazılan yol ilyarımdır niyə təmir olunmur? - VİDEO
257
13:29, Bu gün

Bakıda qazılan yol ilyarımdır niyə təmir olunmur? - VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində təmir məqsədilə qazılan yolda uzun müddətdir işlərin aparılmaması sakinlərin narazılığına səbəb olub.
 
Moderator.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
 
Qeyd olunub ki, Yavər Əliyev küçəsi yenidən asfalt örtüyünün çəkilməsi üçün qazılsa da, ərazidə heç bir iş görülmür.
 
"İki il əvvəl bu yolu qazdılar, gətirib bordürləri döşədilər. İlyarımdan çoxdur ki, yol qalıb bu vəziyyətdə. Bütün çoxtonnajlı avtomobillər bu yolla hərəkət edir. Yolda yaranan vəziyyət avtomobillərin də sıradan çıxmasına səbəb olur. Soruşanda ki, niyə asfalt çəkilmir yola? Deyirlər ki, əraziyə kanalizasiya xətti çəkilməlidir. Küçə çox bərbad vəziyyətdədir ", - deyə şikayətdə vurğulanır.
 
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə işlər aparılır.
 
"Sabunçu rayonu, Yavər Əliyev küçəsində yeni tullantı su şəbəkəsinin və yağış sularının daşınması üçün nəzərdə tutulan drenaj xətlərinin qurulması istiqamətində tikinti-quruculuq işləri davam etdirilir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər