Şəkidə su kanalından kişi meyiti tapıldı: Detallar məlum oldu - VİDEO
178
13:10, Bu gün

Şəkidə su kanalından kişi meyiti tapıldı: Detallar məlum oldu - VİDEO

Şəkinin Cəyirli kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 33 yaşlı Abuzər Əsgərov su kanalında boğulmuş halda tapılıb.
 
Baku TV-nin məlumatına görə, o, həyat yoldaşına yas məclisinə gedəcəyini deyib.
 
Yaxınlarının sözlərinə görə, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
 
"Yasa gəlmədiyi üçün zəng etdik, açmadı. Axtarmağa başladıq. Zəngin səsini kənd sakinlərindən biri eşitdi, səsin arxın kənarından gəldiyini gördük. Yaxınlaşdıq və arxın kənarında başı suya düşmüş vəziyyətdə qaldığını gördük", - deyə mərhumun əmisi bildirib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər