Abşeronda
222
13:50, Bu gün

Abşeronda "Mercedes"lə toqquşan BYD aşdı: Xəsarət alan var - VİDEO

Abşeron rayonunun Məmmədli qəsəbəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
 
Qəza nəticəsində avtomobillərdən birinin aşdığı bildirilib.
 
Məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
 
Bildirilib ki, yol-nəqliyyat hadisəsi fevralın 16-da saat 14:00-da Məmmədli-Digah yolunda, "Yanardağ" Turizm Kompleksinin qarşısında qeydə alınıb.
 
"2006-cı il təvəllüdlü Yusif Səbuhi oğlu Zərbəliyevin idarə etdiyi BYD markalı 99-MQ-702 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1968-ci il təvəllüdlü Mirsədi Seyfəddin oğlu Abbaszadənin idarə etdiyi "Mercedes-Benz" markalı, 50-BY-124 dövlət nömrə nişanlı avtomobili toqquşub.
 
Nəticədə BYD markalı avtomobil kanala düşüb, sürücüsü isə yüngül xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər