Bizi sosial şəbəkələrdən izləyin:
Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanlar var.
Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, iki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
11:58
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Açıqlamada qeyd olunub ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, əlavə məlumat veriləcək.
Yanğınla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
11:47
Bakının mərkəzində mənzildə yanğın başlayıb.
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.