13:12
12°C
Bakı
Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, şəhər ərazisində hərəkətdə olan sərnişin avtobusu iki bahalı lüks avtomobillə toqquşub.
Hadisə zamanı avtobusun Mercedes-Benz G-Class (Gelandewagen) və Land Rover Range Rover markalı avtomobillərin arasından keçmək istəyib. Nəticədə nəqliyyat vasitəsi iki maşının arasında sıxılıb qalıb.
Şahidlərin sözlərinə görə, qəza zamanı avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər baş verənləri "bahalı qəza" adlandırıblar.
Qəza ilə bağlı rəsmi qurumların araşdırma apardığı bildirilir. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik dəqiq məlumat açıqlanmayıb.