Bizi sosial şəbəkələrdən izləyin:
AzTv-nin efirində HƏDƏF verilişininn aparıcısı Vəfa Seyidovanın təqdimatında məktəblərdə vahid geyim forması və davranış qaydaları ilə bağlı müzakirə aparılıb.
Moderator.az xəbər verir ki, verilişdə son vaxtlar bəzi təhsil ocaqlarında məktəbli formalarının tələblərə uyğun geyinilməməsi və intizam qaydalarının pozulması məsələsi gündəmə gətirilib.
Verilişin qonaqları Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov və Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova olub.
Mövzu ətrafında fikirlərini bölüşən qonaqlar bildirib ki, vahid geyim forması məktəbdə nizam-intizamın və bərabərliyin qorunması baxımından mühüm amildir.
Ekspertlərin sözlərinə görə, formanın pozulmasının əsas səbəbləri arasında valideyn nəzarətinin zəifləməsi, sosial şəbəkələrin təsiri, yeniyetmələrin fərqlənmək istəyi və bəzi hallarda məktəb rəhbərliyinin nəzarət mexanizmlərinin yetərli olmaması dayanır.
Müzakirə zamanı bildirilib ki, problemin həlli üçün maarifləndirmə tədbirləri artırılmalı, məktəbdaxili nəzarət mexanizmləri gücləndirilməli və valideynlərlə sistemli iş aparılmalıdır.
Sözügedən verilişi təqdim edirik.