Bizi sosial şəbəkələrdən izləyin:
Heyvanların leşi və tullantılar əraziyə atılır.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Novxanı qəsəbəsi, Salatın Əsgərova küçəsində yaşayan sakinlər iddia edirlər. Onlar ərazidə yerləşən fermanın natəmizliyindən şikayətçidirlər.
Ferma sahibi isə bildirdi ki, bura kənd təsərrüfatı üçün ayrılan ərazidir. Rəsmi qaydada ferma tikilib.
Məsələ ilə bağlı, qəsəbə bələdiyyəsindən məlumat verildi ki, sözügedən ərazi vətəndaşın şəxsi mülkiyyətində olmaqla, kənd təsərrüfatlı təyinatlıdır. Sahibkar qanunamüvafiq şəkildə kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Ərazinin təmiz saxlanılması ilə bağlı onunla maarifləndirici söhbətlər aparılıb.