Cəlilabadda ağac qadının üstünə aşdı - VİDEO
218
09:55, Bu gün

Cəlilabadda ağac qadının üstünə aşdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
 
Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 60 yaşlı Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.
Link kopyalandı!
Son xəbərlər