Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu - VİDEO
170
13:56, Bu gün

Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu - VİDEO

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranının yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb.
 
Moderator.az bildirir ki, Oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
 
"Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər - C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün saat 23 radələrində Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranı yandırılıb. Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.

Link kopyalandı!
Son xəbərlər