Türkiyədən tarixi rekord: Hansı silah-sursatlar dünya bazarını fəth edir? - VİDEO
195
08:07, Bu gün

Türkiyədən tarixi rekord: Hansı silah-sursatlar dünya bazarını fəth edir? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Türkiyənin müdafiə və aerokosmik sənayesinin ixrac göstəriciləri, beynəlxalq əməkdaşlıqları və 2026-cı il üçün planları diqqətə çatdırılıb.
 
Bildirilib ki, 2026-cı ilin ilk ayında Türkiyə müdafiə sənayesi 555.3 milyon dollarlıq ixrac həyata keçirib. 2025-ci ildə isə ümumi ixrac həcmi 10.54 milyard dollara çataraq rekord göstərici qeydə alınıb. Əsas alıcı ölkələr ABŞ, Böyük Britaniya və Slovakiya olublar.
 
Ötən il 17.99 milyard dollarlıq yeni müqavilələr imzalanıb ki, bu da əvvəlki illə müqayisədə 79 faiz artım deməkdir.
 
Türkiyə müdafiə sənayesinin qlobal mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan, İndoneziya, Malayziya və Pakistanda rəsmi nümayəndəliklər yaradılıb. Suriyada sabitliyin bərpasından sonra bu ölkəyə genişmiqyaslı müdafiə ixracı reallaşdırılıb.
 
Avropa bazarına çıxışın genişləndirilməsi çərçivəsində ASELSAN şirkəti ilə Çexiyanın "Excalibur International" şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində "Korkut" Hava Hücumundan Müdafiə sistemi "Tatra Force 6x6" platformasına inteqrasiya edilib.
 
Buraxılışda 2026-cı il üçün planlar da açıqlanıb. "Kızıl Elma" pilotsuz döyüş təyyarələrinin təhvili, "Kaan" qırıcı təyyarəsinin prototiplərinin istehsalı, "Gökbey" helikopterinin yerli mühərrik sınaqları, həmçinin "Altay" tanklarının seriyalı istehsalı əsas hədəflər sırasında yer alır.
 
Vurğulanıb ki, Türkiyənin müdafiə sənayesindəki çoxşaxəli inkişaf strategiyası ölkənin həm ixrac imkanlarını, həm də qlobal təhlükəsizlikdəki rolunu daha da gücləndirir.
Link kopyalandı!
Son xəbərlər