Avtobusda cibgirlik edən şəxs tutuldu - VİDEO
126
10:12, Bu gün

Avtobusda cibgirlik edən şəxs tutuldu - VİDEO

Bakının Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.
 
DİN mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.
 
Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.
 
Araşdırmalar davam etdirilir.

 

Link kopyalandı!
Son xəbərlər