Fatimə canlı yayımda Nazilədən üzr istədi - VİDEO
349
11:28, Bu gün

Fatimə canlı yayımda Nazilədən üzr istədi - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərlidən üzr istəyib.

Sənətçi "Xəzər axşamı" verilişində ona müraciət edib:

"Bu məsələ getdikcə uzanır. Bəziləri istəmir barışaq. Amma məni istəyən insanlar bilir ki, o hisslərlə yaşaya bilmərəm. Mən səbrsiz insanam, amma artıq bu şeylərdən uzağam. Mən qayınanam Mehtab xanımın sözünü yerdə qoymaram. Buradan Nazilə xanıma demək istəyirəm ki, gəlin, bu söhbəti Novruz bayramına saxlamayaq. Barışıq elan edirəm, Allah mərdimazarı bizdən uzaq etsin, gözümüz gözümüzə baxa bilsin. O da bir anadır, zəhmətkeş qadındır. Nazilə xanım, oldu keçdi, sizi öpür, bağrıma basıram. Canım mənim, üzrlü sayın".

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan, dingildədiyin masalar qırılar. Bağışla" sözləri səbəb olub. Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. (Axşam.az)

Link kopyalandı!
Son xəbərlər