442
15:35, Bu gün

"O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür?" - VİDEO

Müğənni Kəmalə Günəşli qonaq olduğu televiziya proqramında ona zəng edən izləyicinin iradı ilə qarşılaşıb.
 
Moderator.az xəbər verir ki, tamaşaçı sənətçinin geyimini və rəqsini tənqid edərək, çıxışını "yüngül hərəkətlər" kimi dəyərləndirib.
 
Səslənən iradlara biganə qalmayan Kəmalə Günəşli canlı efirdə tənqidlərə sərt reaksiya verib. O, özünü belə müdafiə edib:
 
"Mən orada lüt formada deyiləm. Tərbiyəsiz danışmıram. Ola bilər, yaxşı rəqs etmirəm, elə görünür. Amma həmin rəqs videoma bir gecənin içində 5 milyon baxış gəlib, 200 minə yaxın bəyənmə qoyulub. Nəyi pisdir?"
 
Müğənni bildirib ki, onun geyimi və səhnə performansı bəziləri tərəfindən bəyənilməsə də, sosial şəbəkələrdə göstərilən maraq bunun əksini sübut edir.
 
Sözügedən dialoq efirdə və sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında Kəmalə Günəşlini tənqid edənlər də az olmayıb.
/milli.az/
Link kopyalandı!
Son xəbərlər