İrandan Rusiyaya gedən yük maşınında 51 kq marixuana aşkarlandı - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Moderator.az-a verilən xəbərə görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.