Bakıya gələn türk qızı Azərbaycan kişilərindən danışdı — Belə şeyi Türkiyədə görmək mümkün deyil — VİDEO
355
08:15, Bu gün

Bakıya gələn türk qızı Azərbaycan kişilərindən danışdı — Belə şeyi Türkiyədə görmək mümkün deyil — VİDEO

Bakıya gələn türkiyəli gənc qızın Azərbaycan kişiləri haqqında təəssüratlarını bölüşdüyü video sosial şəbəkələrdə maraq doğurub. Paytaxtda qaldığı müddətdə qarşılaşdığı diqqət və nəzakətdən danışan turist, xüsusilə təhlükəsizlik məsələsində azərbaycanlı kişilərin davranışını yüksək qiymətləndirib.

Moderator.az xəbər verir ki, gənc bloqerin sözlərinə görə hava limanından gələrkən onları müşayiət edən sürücü mənzil başına çatdıqda belə, onların tam təhlükəsizlikdə olduğuna əmin olmadan ərazini tərk etməyib:

“Bizi gətirən taksi sürücüsü ev sahibinin kişi olduğunu öyrəndi və onunla şəxsən danışdı. İki gənc qızın güvəndə olduğundan tam əmin olduqdan sonra oradan ayrıldı. Bu, həqiqətən çox təsirli və ailəcanlı davranış idi”.

Bloqer deyib ki, Bakıda taksi sürücüləri sərnişinləri yalnız ünvana çatdırmaqla kifayətlənmir, həm də onların binaya daxil olmasını sonadək izləyirlər. Türkiyəli turist bunu Azərbaycan kişilərinin qadınlara qarşı həssas və qoruyucu münasibətinin göstəricisi kimi xarakterizə edib.
Bundan əlavə, o, Bakı küçələrində və məkanlarda gördüyü romantik mənzərələrdən də heyranlıqla danışıb: “Maşınların ön oturacağında qucaq-qucaq güllər görəndə çox təəccübləndim. Görünür, buralarda qadınları çox uca tuturlar. Məkanlardan birində bəyin oradakı bütün gülləri alıb xanımına verməsi isə Türkiyədə çox nadir rast gəlinən, amma burada təbii qarşılanan hal idi”.

Sosial şəbəkə istifadəçiləri videonun altına xeyli şərh yazaraq, bu cür davranışların Azərbaycan cəmiyyəti üçün illərdir dəyişməyən norma olduğunu vurğulayıblar.  /Demokrat.az/

Link kopyalandı!
Son xəbərlər